Azərbaycan BOKT-larından 15 milyon manata yaxın xalis mənfəət

Azərbaycan BOKT-larından 15 milyon manata yaxın xalis mənfəət Aqrarkredit QSC istisna olmaqla Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 14,8 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
7 Fevral , 2020 13:30
Azərbaycan BOKT-larından 15 milyon manata yaxın xalis mənfəət

"Aqrarkredit" QSC istisna olmaqla Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 14,8 milyon manat xalis mənfəətlə başa vurub.

“Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, il ərzində BOKT-ların əməliyyat gəlirləri 68,2 milyon manat, əməliyyat xərcləri 52,1 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 0,4 milyon manat, gözlənilməz gəlirləri 1 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,7 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 342,6 milyon manat olub ki, bunun da 238,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən ilin sonuna BOKT-lar 201,4 milyon manat öhdəliklərə, 141,2 milyon manat balans kapitalına malik olub. 

Son xəbərlər

Orphus sistemi