Azərbaycan BOKT-ləri bu ilin I rübündə 6 milyon manat xalis mənfəət əldə edib

Azərbaycan BOKT-ləri bu ilin I rübündə 6 milyon manat xalis mənfəət əldə edib Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 6milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
186
29 Aprel , 2020 17:54
Azərbaycan BOKT-ləri bu ilin I rübündə 6 milyon manat xalis mənfəət əldə edib

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 6 milyon manat xalis mənfəətlə başa vurub.

“Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində BOKT-lərin əməliyyat gəlirləri 23,4 milyon manat, əməliyyat xərcləri 13,2 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,5 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,7 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə BOKT-lərin aktivləri 349,4 milyon manat olub ki, bunun da 246,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Martın sonuna BOKT-lər 208,4 milyon manat öhdəliklərə, 141 milyon manat balans kapitalına malik olub. 

Son xəbərlər

Orphus sistemi