Azərbaycan Beynəlxalq Bankının səhmdarları növbədənkənar toplaşır

Azərbaycan Beynəlxalq Bankının səhmdarları növbədənkənar toplaşır İclas gələn həftə baş tutacaq
Maliyyə
5 Yanvar , 2017 18:11
Azərbaycan Beynəlxalq Bankının səhmdarları növbədənkənar toplaşır
Report.az

Bakı. 5 yanvar. REPORT.AZ/ Yanvarın 10-da saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə ABB-nin İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədovun tutduğu vəzifədən azad edilməsi və İdarə Heyəti sədrinin təyin edilməsi haqqında məsələ daxildir.

Qeyd edək ki,  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2016-cı il dekabrın 8-də keçirilən növbədənkənar toplantısında Bankın Müşahidə Şurasının qərarı ilə E.Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Son xəbərlər

Orphus sistemi