"Azərbaycan Beynəlxalq Bankı"ndan bütün müştərilərə pulsuz "TamKart" və endirimli kredit!

"Azərbaycan Beynəlxalq Bankı"ndan bütün müştərilərə pulsuz "TamKart" və endirimli kredit! Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit!
Maliyyə
10 İyul , 2020 17:38
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit!

"Azərbaycan Beynəlxalq Bankı" ASC "TamKart" arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri “TamKart Visa Classic” və “TamKart Mastercard Standard” kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər.

“TamKart” eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və kəşbək imkanları yaradır. Üstəlik, "Azərbaycan Beynəlxalq Bankı"nın ATM-lərində “TamKart”la nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. “TamKart”ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.

"Azərbaycan Beynəlxalq Bankı"nın keçirdiyi kampaniyanın imkanları bununla bitmir. Kampaniya ərzində müştərilər nağd pul kreditini də Bankdan 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. Kampaniyadan "Azərbaycan Beynəlxalq Bankı"nın hər bir əməkhaqqı və pensiya  kartı sahibi faydalana bilər.

Xatırladaq ki, müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi