Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.
Maliyyə
14 Fevral , 2018 09:15
Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, Emil Əmirov ABB-də informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik E.Əmirov Bankda elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən E.Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” MMC-nin (prosessinq mərkəzi) icraçı direktorunun müavini, “Atabank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb, son təyinata qədər isə ABB-nin törəmə müəssisəsi olan “Azərikard” MMC-yə (prosessinq mərkəzi) rəhbərlik edib. E.Əmirov Bankın informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. O, son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi