Azərbaycan Beynəlxalq Bankı xanımlara kart hədiyyə edəcək

Azərbaycan Beynəlxalq Bankı xanımlara kart hədiyyə edəcək Bakı. 5 mart. REPORT.AZ/ Beynəlxalq Qadınlar Günü - 8 mart münasibətilə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC xanımlara sürpriz hazırlayıb. 
Maliyyə
5 Mart , 2018 10:13
Azərbaycan Beynəlxalq Bankı xanımlara kart hədiyyə edəcək

Bakı. 5 mart. REPORT.AZ/ Beynəlxalq Qadınlar Günü - 8 mart münasibətilə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC xanımlara sürpriz hazırlayıb. 

Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 5-dən 7-dək bankdan plastik kart sifariş edən qadınlar “8 Mart” bayramına özəl endirim kampaniyasından faydalanacaqlar.

Belə ki, kampaniya çərçivəsində sifariş etdikləri “VISA Classic”, “VİSA Electron”, “MasterCard Debit Standard”, “Mastercard Standard” kartları xanım müştərilərə pulsuz veriləcək. “VİSA/MasterCard Gold”, 2VİSA/MasterCard Platinum” kartlarının qiymətində isə onlara 50% endirim ediləcək. Kampaniya şərtləri istifadə müddəti 1 il olan kartlara aiddir.

Məlumatda qeyd edilir ki, ABB hazırda ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır: “Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan ABB nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir”.

Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi