"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmlərinə tələb təklifdən 36 % az olub

"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmlərinə tələb təklifdən 36 % az olub “Bakı Fond Birjası” QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 87,4 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
24 Sentyabr , 2024 11:43
Azərbaycan Beynəlxalq Bankının yeni səhmlərinə tələb təklifdən 36 % az olub

“Bakı Fond Birjası” QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 87,4 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.

Onun sözlərinə görə, hər birinin nominal dəyəri 0,27 manat olan 322 milyon ədəd səhm premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Abunə yazılışı zamanı anderrayterə - "ABB İnvest İnvestisiya Şirkəti" QSC-yə 33 710 investor ümumi dəyəri 55,624 milyon manat olan 49 262 sifariş təqdim edib. Başqa sözlə, səhmlərə tələb təklifdən 36 % az olub. Son nəticədə yerləşdirmə 64 % olmaqla baş tutub və Bankın nizamnamə kapitalı 4,5 % artaraq 1 milyard 225,648 milyon manatdan 1 milyard 281,272 milyon manata çatıb. Kredit təşkilatının fiziki şəxs səhmdarlarının sayı 1 794 nəfərdən 35 104 nəfərə yüksəlib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi