“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 19 %-ə yaxın azalıb

“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 19 %-ə yaxın azalıb “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 65,655 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
15 aprel 2025 15:32
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 19 %-ə yaxın azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 65,655 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,5 % azdır.

Yanvar-mart aylarında ABB-nin gəlirləri 335,103 milyon manat (illik müqayisədə 20,9 % çox), xərcləri 213,717 milyon manat (52,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 40,581 milyon manat (18,8 % çox), mənfəət vergisi ödəmələri isə 15,14 milyon manat (32,4 % az) təşkil edib.

Bu il aprelin 1-nə ABB-nin aktivləri 14 milyard 329,641 milyon manat olub ki, bu da illik müqayisədə 8,6 % çoxdur. Bunun 5 milyard 955,004 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,5 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 8,1 % artaraq 12 milyard 207,338 milyon manata, o cümlədən depozit portfeli 6,7 % artaraq 10 milyard 128,401 milyon manata, balans kapitalı isə 12,1 % artaraq 2 milyard 122,303 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Orphus sistemi