“Azərbaycan Beynəlxalq Bankı”nın səhmləri listinqə daxil edilib
- 12 iyun, 2024
- 04:54
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 86,94 milyon manatlıq adi, adlı, sənədsiz səhmləri premium bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 0,27 manat olan 322 milyon ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, bankın nizamnamə kapitalı 7,1 % artaraq 1 225,648 milyon manatdan 1 312,588 milyon manata çatacaq.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb.