Azərbaycan Beynəlxalq Bankı müştərilərinin işini asanlaşdırıb

Azərbaycan Beynəlxalq Bankı müştərilərinin işini asanlaşdırıb Bankın kreditini onun internet səhifəsi üzərindən istənilən digər bankın plastik kartı də komissiyasız ödəmək olar
Maliyyə
11 Avqust , 2017 12:14
Azərbaycan Beynəlxalq Bankı müştərilərinin işini asanlaşdırıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) indi onlayn kredit ödənişlərini istənilən digər bank kartı ilə komissiyasız həyata keçirmək mümkündür. 

Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, internet səhifəsi üzərindən ödəniş zamanı mədaxil qəbzi müştərinin istəyi ilə onun elektron poçt ünvanına göndərilə bilər.

Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" sosial şəbəkəsindəki səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi