Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır

Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.
Maliyyə
27 Avqust , 2019 13:13
Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır

Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.

Bu barədə "Report"a Bankdan bildirilib.

Transformasiya Ofisində işə qəbul olunan hər bir işçi Bankın digər struktur bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan Beynəlxalq Bankının bu irimiqyaslı layihəsində yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu karyera qurmaqla yanaşı, komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik və bacarıqlar əldə etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində əlavə təcrübələr qazanmaq fürsəti yaradacaq.

Vakansiyalar üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-resources/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi