“Azərbaycan Beynəlxalq Bankı” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Azərbaycan Beynəlxalq Bankı” bu ilin 9 ayını mənfəətlə başa vurub “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 135,397 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 322,987 milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
400
16 Oktyabr , 2020 18:13
“Azərbaycan Beynəlxalq Bankı” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 135,397 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 322,987 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində ABB-nin gəlirləri 390,974 milyon manat (illik müqayisədə 10% az), xərcləri 190,42 milyon manat (3% çox), xüsusi ehtiyatlara ayırmaları 23,827 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 41,331 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 8 187,558 milyon milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2% azdır. Bunun 2 228,984 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,7% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 12,3% azalaraq 6 863,016 milyon manata, o cümlədən depozit portfeli 15,9% azalaraq 4 590,53 milyon manata, balans kapitalı isə 11,2% azalaraq 1 324,543 milyon manata düşüb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi