Azərbaycan banklarının xalis xarici aktivləri 5 % azalıb

Azərbaycan banklarının xalis xarici aktivləri 5 % azalıb Bankların xalis daxili aktivləri isə iyunda 7,2 % artıb
Maliyyə
261
24 İyul , 2021 14:46
Azərbaycan banklarının xalis xarici aktivləri 5 % azalıb

Bu il iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 milyard 285,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 5 %, ilin əvvəlinə nisbətən 2,8 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,2 % çoxdur.

İyunun sonuna bankların xalis daxili aktivləri 12 milyard 008 milyon manat olub ki, bu da, mayın sonu ilə müqayisədə 7,2 %, ilin əvvəlinə nisbətən 15,8 %, illik müqayisədə isə 26,9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi