Azərbaycan banklarının xalis xarici aktivləri 11% artıb

Azərbaycan banklarının xalis xarici aktivləri 11% artıb Bankların xalis daxili aktivləri isə azalıb .
Maliyyə
478
26 Dekabr , 2020 10:52
Azərbaycan banklarının xalis xarici aktivləri 11% artıb

Bu il dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 17 mlrd 744,1 mln manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 11 % çox, ilin əvvəli ilə müqayisədə 2,7 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,6 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri 9 mlrd 403 mln manat təşkil edib ki, bu da, oktyabr ayı ilə müqayisədə 14,2 %, ilin əvvəli ilə müqayisədə 18,8 %, illik müqayisədə isə 3,8 % azdır.

Son xəbərlər

Orphus sistemi