Azərbaycan banklarının Mərkəzi Banka borcu 42% azalıb

Maliyyə
  • 04 may, 2018
  • 12:21
Azərbaycan banklarının Mərkəzi Banka borcu 42% azalıb
Report

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan banklarının Mərkəzi Bank qarşısında öhdəliyi bu il aprelin 1-nə 499,5 mln. manat təşkil edib. 

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nisbətən 1,7%, illik müqayisədə isə 41,8% azdır.