Azərbaycan banklarının əmanət portfeli 3%-ə yaxın artıb

Azərbaycan banklarının əmanət portfeli 3%-ə yaxın artıb İllik müqayisədə isə bank əmanətlərinin həcmi 7% artıb
Maliyyə
10 Yanvar , 2017 15:25
Azərbaycan banklarının əmanət portfeli 3%-ə yaxın artıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan əhalisinin kommersiya banklarındakı əmanətlərin ümumi həcmi 2016-cı il dekabrın 1-nə 7 605,8 mln. manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 192,7 mln. manat və yaxud 2,6% çoxdur.

İlin əvvəlinə nisbətən bankların əmanət portfeli 19,7% və yaxud 1 868,1 mln. manat azalıb, son bir ildə isə 7,3% və yaxud 516,3 mln. manat artıb.

Son xəbərlər

Orphus sistemi