Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var

Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var Bu ilin avqust ayına olan məlumata görə, Azərbaycan banklarının 6 türkdilli ölkədə 44-ə qədər müxbir hesabı var.
Maliyyə
6 Dekabr , 2023 16:06
Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var

Bu ilin avqust ayına olan məlumata görə, Azərbaycan banklarının 6 türkdilli ölkədə 44-ə qədər müxbir hesabı var.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Türkiyədə keçirilmiş “Fintex Sammit İstanbul 2023” - maliyyə texnologiyaları sammitində bildirib.

"Hazırda türkdilli ölkələr arasında güclü ticarət əlaqələri sıx maliyyə münasibətlərinə səbəb olmaqdadır. Bunun bir təzahürü özünü müxbir münasibətlərdə göstərir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi