Azərbaycan banklarında əhalinin əmanətləri 10 % artıb
- 31 avqust, 2024
- 12:28
Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 36 milyard 976,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,2 % az, ilin əvvəlinə nisbətən 0,03 % çox, illik müqayisədə isə 8,7 % çoxdur.
Bunun 55,6 %-i, yaxud 20 milyard 572,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 7,8 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 9,9 % artaraq 13 milyard 963,3 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 9,3 % artaraq 2 milyard 440,6 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 464,9 milyon manatı (il ərzində 2,1 % azalıb) qısamüddətli, 15 milyard 511,7 milyon manatı (28,3 % artıb) isə uzunmüddətli olub.
Ölkədə 22 bank fəaliyyət göstərir.