Azərbaycan bankları yanvarda 87 mln. manat xalis mənfəət əldə edib

Azərbaycan bankları yanvarda 87 mln. manat xalis mənfəət əldə edib Bakı. 5 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan banklarının faiz gəlirləri 146,9 mln. manat (ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 91,9 mln. manat (29,8% az), faiz xərcləri 50,8 mln. manat (44,2% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 31,8 mln. manat (9,9% az), qeyri-faiz gəlirləri 30,6 mln. manat (1 il bundan əvvəl zərər olub), qeyri-faiz xərcləri 68,7 mln. manat (1,9% çox) təşkil edib.
Maliyyə
5 Mart , 2018 13:05
Azərbaycan bankları yanvarda 87 mln. manat xalis mənfəət əldə edib

Bakı. 5 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan banklarının faiz gəlirləri 146,9 mln. manat (ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 91,9 mln. manat (29,8% az), faiz xərcləri 50,8 mln. manat (44,2% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 31,8 mln. manat (9,9% az), qeyri-faiz gəlirləri 30,6 mln. manat (1 il bundan əvvəl zərər olub), qeyri-faiz xərcləri 68,7 mln. manat (1,9% çox) təşkil edib.

Bu barədə “Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, son nəticədə yanvarda bank sektorunun əməliyyat mənfəəti 58 mln. manat olub (ötən ilin eyni dövründə əməliyyat zərəri olub).

Ay ərzində banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 28,8 mln. manat qənaət ediblər (1 il bundan əvvəl xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisədə 63,6% çox - 4,1 mln. manat gəlir əldə ediblər, 29,6% çox – 1,9 mln. manat mənfəət vergisi ödəyiblər.

Bununla da, sektorun aylıq xalis mənfəəti 86,7 mln. manat təşkil edib. Xatırladaq ki, banklar ötən ilin yanvar ayını 496 mln. manat xalis zərərlə başa vurmuşdu.

Son xəbərlər

Orphus sistemi