Azərbaycan bankları yanvarda 2 yeni filial açıb

Azərbaycan bankları yanvarda 2 yeni filial açıb Bakı. 5 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511 olub.
Maliyyə
5 Mart , 2018 13:08
Azərbaycan bankları yanvarda 2 yeni filial açıb

Bakı. 5 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511 olub.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 2 vahid çoxdur. 

Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 58 vahid azalıb.

Bank şöbələrinin sayı isə yanvar ayı ərzində dəyişməyərək fevralın 1-nə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 10 vahid çoxdur.

Son xəbərlər

Orphus sistemi