Azərbaycan bankları ilin sonunadək kapitallaşma tələbini tamamlamaq öhdəliyini götürüb

Azərbaycan bankları ilin sonunadək kapitallaşma tələbini tamamlamaq öhdəliyini götürüb Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib
Maliyyə
24 Noyabr , 2016 10:57
Azərbaycan bankları ilin sonunadək kapitallaşma tələbini tamamlamaq öhdəliyini götürüb

Bakı. 24 noyabr. REPORT.AZ/ "Bu günə kapitallaşma proqramı başa çatıb. Bəzi banklar bunu ilin sonundadək tamamlamaq öhdəliyini götürüb".

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında deyib.

"Bankların diaqnostikası aparılıb, kapital yetərsizliyi olan banklar müəyyən edilib. Bu günə kapitallaşma proqramı başa çatıb", - deyə R.Aslanlı bildirib.

R.Aslanlı həmçinin qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu da kifayət qədər maliyyələşdirilməlidir.

Son xəbərlər

Orphus sistemi