Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə ƏDV ödəmək istəmir

Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə ƏDV ödəmək istəmir Azərbaycanda fəaliyyət göstərən bankları geri qaytarılmış aktivləri görə Əlavə Dəyər Vergisinin (ƏDV) ödənilməsindən azad edilmələrini istəyir.
Maliyyə
154
11 İyun , 2021 11:02
Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə ƏDV ödəmək istəmir

Azərbaycanda fəaliyyət göstərən bankları geri qaytarılmış aktivləri görə Əlavə Dəyər Vergisinin (ƏDV) ödənilməsindən azad edilmələrini istəyir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ Vərəq" adlı sənəddə bildirilib.

“Vergi Məcəlləsinin 3-cü maddəsində öz əksini tapmış vergilərin müəyyən edilməsi və tutulması prinsiplərinə əsasən, vergitutma ədalətli olmalı, sahibkarlıq və investisiya fəaliyyətlərini təşviq etməlidir. ƏDV-dən azad olan əməliyyatlar Məcəllənin 164-cü maddəsində qeyd olunib. Həmin maddə həm də maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar malların təqdim edilməsi üçün şamil olunur. Məcəllənin 164, 13.2.14 və 13.210-cu maddələri birlikdə nəzərə alınmaqla borc təminatı olan daşınmaz əmlakın balans vərəqəsinə ötürülməsi maliyyə xidməti hesab olunur və bu əmlakı bankın digər şəxsə satması ƏDV-dən azad olunmalıdır. Bununla, bank qanunvericilik üzrə yaranmış öhdəlik fonunda birmənalı olaraq bu aktivləri özünün balans vərəqəsində nəzərdən keçirir və mümkün qədər qısa müddətdə onu satır. Qeyd olunmuş vəziyyətdə 18% ƏDV tələbinin geri qaytarılmış aktivlərin satışı təqdirində banklar üçün istisna olunması tövsiyə olunur”, - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi