Azərbaycan bankları fiziki və hüquqi şəxslərin depozitlərində artım gözləyir

Maliyyə
  • 28 fevral, 2025
  • 17:55
Azərbaycan bankları fiziki və hüquqi şəxslərin depozitlərində artım gözləyir

Azərbaycan bankları bu ilin I rübündə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitlərində artım olacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Məlumata görə, fiziki şəxslərin müddətli depozitlərinin 14 %, tələbli depozitlərinin 23 %, hüquqi şəxslərin isə müddətli depozitlərinin 22 %, tələbli depozitlərinin 6 % artacağı gözlənilir.

I rübdə fiziki şəxslərin müddətli depozitlərinin maliyyələşmə dəyərinin 29 %, fiziki şəxslərin tələbli depozitlərinin maliyyələşmə dəyərinin 22 %, hüquqi şəxslərin müddətli depozitlərinin maliyyələşmə dəyərinin 64 %, hüquqi şəxslərin tələbli depozitlərinin maliyyələşmə dəyərinin 58 % artacağı proqnozlaşdırılır.