Azərbaycan bankları bayram günlərində necə işləyəcək?
- 08 may, 2021
- 12:49
Azərbaycanda fəaliyyət göstərən 26 bankın 7-i bayram günlərində fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AFB Bank”, “VTB Bank”, “Günay Bank” və “Turan Bank” ASC-lərdir.
| Bankın adı | Fəaliyyət | Tarix |
| “Azər-Türk Bank” ASC | Müştəri Xidmətləri Mərkəzi, “Rəqəmsal” və “Yasamal” filialları | 10, 11, 12, 13, 14 may, 10:00-dan 15:00-dək |
| “Kapital Bank” ASC | əksər filiallar: | 09-15 may, Saat 10:00-dan 14:00-dək |
| “Azərbaycan Beynəlxalq Bankı” ASC | Nəsimi, Nərimanov, Nizami, Əcəmi, Sabunçu, Sumqayıt, Yasamal, Xırdalan və Gəncə filialları | 12, 13 və 14 may, Saat 10:00-dan 14:00-dək |
| “Paşa Bank” ASC | Biznes Mərkəzləri işləməyəcək, Yalnız Əlaqə Mərkəzi işləyəcək | ------------ |
| “Access Bank” QSC | İşləməyəcək | ------------ |
| “AFB Bank” ASC | Bakı şəhəri - 1,2,3 şöbələri | Saat 10:00-dan 17:00-dək |
| “Bank Avrasiya” ASC | İşləməyəcək | ------- |
| “Bank of Baku” ASC | İşləməyəcək | ------- |
| “Bank BTB” ASC | İşləməyəcək | ------- |
| “Bank Respublika” ASC | İşləməyəcək | ------- |
| “Premium Bank” ASC | İşləməyəcək | ------- |
| “VTB Bank” ASC | Əcəmi, Neftçilər filialları | 12-15 may, Saat 10:00-dan 16:00-dək |
| “Expressbank” ASC | İşləməyəcək | ------- |
| “Günay Bank” ASC | 4 saylı filial və 6 saylı şöbə, yalnız Exchange fəaliyyəti göstərəcək | Saat 10:00-dan 17:00-dək |
| “Melli İran Bankının Bakı Filialı” | İşləməyəcək | ----------- |
| “Muğan Bank” ASC | İşləməyəcək | -------- |
| “Naxçıvan Bank” ASC | İşləməyəcək | -------- |
| “Yelo Bank” ASC | işləməyəcək | --------- |
| Pakistan Milli Bankının Bakı filialı | işləməyəcək | --------- |
| “Rabitə Bank” ASC | işləməyəcək | --------- |
| “Turan Bank” ASC | Bütün filiallar | 10-11-12 may, Saat 10:00-dan 14:00-dək |
| “Unibank” ASC | İşləməyəcək | -------- |
| “Xalq Bank” ASC | İşləməyəcək | -------- |
| “Yapıkredi Bank” QSC | - | - |
| “Ziraat Bank” ASC | İşləməyəcək | ---------- |
| “Azərbaycan Sənaye Bankı” ASC | - | - |
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” və “Yapı Kredi Bank”ın müştəri xidmətləri zənglərə cavab verməyiblər.