"Azərbaycan Banklar Assosiasiyası"nın Rəyasət Heyətinin tərkibi yenilənib

"Azərbaycan Banklar Assosiasiyası"nın Rəyasət Heyətinin tərkibi yenilənib "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.
Maliyyə
25 fevral 2025 11:29
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi yenilənib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.

"Report" ABA-ya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.

Qərara əsasən, RH-də təmsil olunan "Kapital Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Rövşən Allahverdiyev Bankın İdarə Heyətinin (İH) sədri Fərid Hüseynovla əvəzlənib. RH-nin sədri “Rabitəbank” ASC-nin MŞ-nın sədri Zakir Nuriyev qalıb, digər üzvlər isə aşağıdakı kimi saxlanılıb:

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimov,

- "PAŞA Bank" ASC-nin İH-nin sədri Cavid Quliyev;

- "Xalq Bank" ASC-nin MŞ-nın sədri Asim Məmmədli

- “Bank Respublika” ASC-nin MŞ-nın sədri Şakir Rəhimov;

- “Bank of Baku” ASC-nin MŞ-nın sədri Elçin İsayev;

- “Unibank” ASC-nin MŞ-nın sədri Eldar Qəribov;

- “Yapı Kredi Bank Azərbaycan” ASC-nin İH-nin sədri Cenk Yüksel;

- “Ziraat Bank Azərbaycan” ASC-nin İH-nin sədri Səlcuq Dəmir;

- “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin sədri Məmməd Musayev;

Yığıncaqda həmçinin ABA və törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatı, 2025-ci il üzrə iş planı, Assosiasiyanın 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək, fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 BOKT, 4 digər təşkilat ABA-nın üzvüdür.

Orphus sistemi