Azərbaycan bankının yeni istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 17 yanvar, 2022
  • 12:05
Azərbaycan bankının yeni istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank" ASC-nin ümumi dəyəri 20 milyon manat olan yeni istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq. 18 ay müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 9%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi