Azərbaycan bankının istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 04 sentyabr, 2023
  • 14:04
Azərbaycan bankının istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Sentyabrın 7-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Unibank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə birjaya istinadən xəbər verir.

BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan 200 000 ədəd, yəni 20 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq.

Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital lnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi