Azərbaycan bankının Gürcüstandakı törəməsinin nizamnamə kapitalı artırılıb

Maliyyə
  • 31 mart, 2022
  • 08:05
Azərbaycan bankının Gürcüstandakı törəməsinin nizamnamə kapitalı artırılıb

“Paşa Bank” ASC-nin Gürcüstan törəməsinin nizamnamə kapitalı kapitalı 26 milyon lari (8,4 milyon ABŞ dolları) və yaxud 25,25% məbləğində artırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankdan bildirilib.

Bununla da, kredit təşkilatının kapitalı 103 milyon laridən 129 milyon lariyə çatdırılıb. Artım törəmə banka Gürcüstan iqtisadiyyatına müsbət töhfə verməyə və bütün tərəflər üçün sərfəli maliyyə həllərinin innovativ təchizatçısı olmasına kömək edəcək.

Bankın Baş direktoru Nikoloz Şurqaya deyib ki, səhmdarların kapitalın artırılnası ilə bağlı qərarı bankın strategiyasının məntiqli davamıdır.

“Paşa Bank” Gürcüstanın bank sektoruna 2013-cü ildə daxil olub. Mənzil-qərargahı Bakıda yerləşən bank Türkiyədə də fəaliyyət göstərir.

44 filmi