Azərbaycan bankının ayaqqabı biznesindən xalis mənfəəti 2 dəfədən çox artıb

Maliyyə
  • 16 iyul, 2025
  • 09:13
Azərbaycan bankının ayaqqabı biznesindən xalis mənfəəti 2 dəfədən çox artıb

“Bakı Ayaqqabı-2” ASC 2024-cü ili 671 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə çoxdur.

Ötən il “Bakı Ayaqqabı-2”nın vergiyəqədərki mənfəəti 685 min manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 14 min manat (27,3 % çox) təşkil edib.

Şirkət aktivləri, öhdəlikləri və balans kapitalı barədə məlumat verməyib.

Xatırladaq ki, “Bakı Ayaqqabı-2” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 5,588 milyon manatdır. Şirkətin səhmlərinin 98,45 %-i “Xalq Bank” ASC-yə məxsusdur.