Azərbaycan bankının 3 illik strateji planı təsdiq ediləcək

Maliyyə
  • 05 oktyabr, 2021
  • 05:08
Azərbaycan bankının 3 illik strateji planı təsdiq ediləcək

Noyabrın 19-da, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının 2022-2024-cü illəri əhatə edən strateji planının, gələn il üçün büdcə parametrlərinin təsdiq edilməsii və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti