Azərbaycan bankı nizamnamə kapitalını artırıb

Azərbaycan bankı nizamnamə kapitalını artırıb Bakı. 28 sentyabr. REPORT.AZ/ “SilkwayBank” ASC nizamnamə kapitalını 3,01% və yaxud 3 056 530 manat artıraraq 101 544 885 manatdan 104 601 420 mana...
Maliyyə
28 Sentyabr , 2017 10:40
Azərbaycan bankı nizamnamə kapitalını artırıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ “SilkwayBank” ASC nizamnamə kapitalını 3,01% və yaxud 3 056 530 manat artıraraq 101 544 885 manatdan 104 601 420 manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 679 230 ədəd səhminin nominal dəyərinin 149,5 manatdan 154 manata çatdırılması hesabına baş tutub.

Bu məqsədlə ötən illərdə əldə edilmiş mənfəətdən istifadə olunub.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 69,7%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi