Azərbaycan bankı nizamnamə kapitalını 100 milyon manata çatdıracaq

Maliyyə
  • 04 iyun, 2024
  • 12:42
Azərbaycan bankı nizamnamə kapitalını 100 milyon manata çatdıracaq

“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 20 000 770 milyon manat və yaxud 25 % artıraraq 80 005 244 manatdan 100 006 014 manata çatdırmağa qərar verib.

“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 18 485 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.

Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1 %-i 20 fiziki şəxsə, 41,9 %-i isə 8 hüquqi şəxsə məxsusdur.