Azərbaycan bankı ipoteka kreditlərini bahalaşdırıb

Azərbaycan bankı ipoteka kreditlərini bahalaşdırıb Bakı. 2 mart. REPORT.AZ/ “Yapı Kredi Bank (Azərbaycan)” QSC öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 4% artırıb.“Rep...
Maliyyə
2 Mart , 2017 13:56
Azərbaycan bankı ipoteka kreditlərini bahalaşdırıb

Bakı. 2 mart. REPORT.AZ/ “Yapı Kredi Bank (Azərbaycan)” QSC öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 4% artırıb.

“Report” xəbər verir ki, hazırda bankın daxili ipoteka proqramı çərçivəsində kreditlər müştərinin təkrar və yaxud yeni olmasından asılı olaraq 19-20%-lə verilir. İndiyə qədər bu rəqəm 15-16% olub.

“Yapı Kredi Bank (Azərbaycan)”da ipoteka kreditləri 15-75 min manat olmaqla, 5 il müddətinə ayrılır. İlkin ödəniş tələbi 30%-dir. Zamin tələb olunmur.

Xatırladaq ki, "YapiKredi Bank Azerbaijan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi