Azərbaycan bankı dividend ödənişini 40 %-ə yaxın artırıb
- 06 avqust, 2025
- 17:11
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rabitəbank" ASC 2024-cü ilin maliyyə nəticələrinə əsasən, 13,5 milyon manat dividend ödəyib.
"Report" xəbər verir ki, bu barədə Bankın illik idarətmə hesabatında bildirilir.
Sənədə əsasən, 2023-cü illə müqayisədə dividend ödənişi 39,2 % artıb. Həmin ilin maliyyə nəticələri əsasında səhmdarlar 9,7 milyon manat, 2022-ci il üçün isə 10 milyon manat dividend alıblar.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmləri Rauf Əliyevə (40,6%), Validə Abbasovaya (34,64 %), Zakir Nuriyevə (14,44%), Dilarə Nuriyevaya (9,11%), Aslan Xasiyevə (1,07%) və 12 hüquqi şəxsə (0,14%) məxsusdur.
Səhmdarlardan R.Əliyev Bankın Müşahidə Şurasının (MŞ) üzvü və "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarı, Z.Nuriyev isə MŞ-nın sədridir.