Azərbaycan bankı "Bakı Fond Birjası"na üzv olub

Maliyyə
  • 26 avqust, 2025
  • 13:03
Azərbaycan bankı Bakı Fond Birjasına üzv olub

"Xalq Bank" ASC "Bakı Fond Birjası" QSC-yə (BFB) üzv qəbul edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bununla da Birjanın üzvlərinin sayı 13-ə çatıb.

Bu, Azərbaycanda bankın birjaya üzv olması ilə bağlı ilk haldır.

"Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya "Xalq Bank"a geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan "Xalq Bank" onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. BFB şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli bir mühit yaratmağı hədəfləyir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti