​Azərbaycan bank sistemi üzrə məcmu kapital 24% artıb

​Azərbaycan bank sistemi üzrə məcmu kapital 24% artıb Azərbaycandakı kommersiya banklarının məcmu kapitalı 4 mlrd. manata çatıb
Maliyyə
24 Noyabr , 2014 08:01
​Azərbaycan bank sistemi üzrə məcmu kapital 24% artıb
Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2014-cü il noyabrın 1-nə 3,998 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 765 mln. manat və ya 23,7% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən bank sistemi üzrə məcmu kapital 572 mln. manat və ya 16,7%, oktyabr ayında 99 mln. manat və ya 2,5% artıb.

Qeyd edək ki, ötən il ərzində bankların məcmu kapitalı 33,2% artıb. Məcmu kapitalın belə yüksək artım templəri Mərkəzi Bankın tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Xatırlaraq ki, Mərkəzi Bankın tələblərinə görə, ölkədəki bütün banklar 2015-ci il yanvarın 1-dək məcmu kapitalı ən azı 50 mln. manata çatdırmalıdır.

Son xəbərlər

Orphus sistemi