Bakı. 27 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Azərbaycan bank sektorunun xalis mənfəəti 124310,74 min manat təşkil edib. Mənfəətlə işləyən bankların xalis mənfəəti 171854,21 min manat, zərərlə işləyən bankların xalis zərəri isə 47543,47 min manat olub. Qeyd edək ki, birinci rübü ölkədə fəaliyyət göstərən 32 bankdan 20-i mənfəətlə, 12-i zərərlə yekunlaşdırıb.
"Report"un analitik qrupu bu barədə bankların rüblük maliyyə hesabatlarına istinadən xəbər verir.
Mənfəətlə işləyən bankların mənfəətinin 52%-i və ya 90 mln. manatı Azərbaycan Beynəlxalq Bankının payına düşüb. Qeyd edək ki, ABB maliyyə göstəriciləri ilə bağlı hesabatları hələ ki ictimaiyyətə açıqlamayıb, mənfəəti isə bankın yaydığı məlumatda qeyd edilib.
Xatırladaq ki, bankların bəzilərinin birinci rübü zərərlə yekunlaşdırması onların aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırması nəticəsində olub.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata əsasən, cari ilin yanvar-fevral ayları ərzində bank sektorunun xalis mənfəəti 50,0 mln. manat olub.
№ | Banklar | Xalis zərər (min manat) |
1 | Accessbank | 21 837,00 |
2 | Bank of Baku | 11 643,00 |
3 | Demirbank | 7 258,42 |
4 | AG Bank | 1 807,45 |
5 | Amrahbank | 1 450,29 |
6 | Turanbank | 1 199,00 |
7 | BTB | 1 144,00 |
8 | Bank Respublika | 492,00 |
9 | Unibank | 333,56 |
10 | Bank VTB Azerbaijan | 261,09 |
11 | NBC | 80,50 |
12 | Pakistan Milli Bank-Baku | 37,16 |
CƏMİ | 47543,47 |
№ | Banklar | Xalis mənfəət (min manat) |
1 | IBAR | 90 000,00 |
2 | Kapital Bank | 30 792,63 |
3 | PASHA Bank | 23 946,00 |
4 | Bank Eurasia | 7 360,40 |
5 | Gunaybank | 3 049,53 |
6 | Expressbank | 2 636,00 |
7 | Silk Way Bank | 2 035,17 |
8 | YapiKredi Bank Azerbaijan | 2 018,00 |
9 | ASB | 1 567,41 |
10 | Ziraat Bank Azerbaijan | 1 337,86 |
11 | Nakhchivanbank | 1 219,68 |
12 | Atabank | 1 177,84 |
13 | Azer-Turk Bank | 1 064,55 |
14 | AFB Bank | 875,70 |
15 | Caspian Development Bank | 652,72 |
16 | Xalq Bank | 598,23 |
17 | Muganbank | 515,18 |
18 | Rabitabank | 450,00 |
19 | Bank Melli Iran-Baku | 329,89 |
20 | Nikoil Bank | 227,41 |
CƏMİ | 171854,21 |