Azərbaycan bank sektorunun müştəri bazası genişlənib

Azərbaycan bank sektorunun müştəri bazası genişlənib Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 62 540 nəfər və ya 1,11% artaraq 2017-ci il iyunun 1-nə 5 69...
Maliyyə
24 İyul , 2017 15:14
Azərbaycan bank sektorunun müştəri bazası genişlənib

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 62 540 nəfər və ya 1,11% artaraq 2017-ci il iyunun 1-nə 5 692 944 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Müştərilərin 5 614 900 nəfəri fiziki, 77 954 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 60 274 nəfər və ya 1,09%, hüquqi şəxslərdə isə 2 176 nəfər və ya 2,87% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 5 253 nəfər və yaxud 2,62% artaraq 205 688 nəfərə çatıb.

Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 340 488 nəfər və ya 6,36%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 150 004 nəfər və ya 2,71% artım baş verib. 

Son xəbərlər

Orphus sistemi