Azərbaycan bank sektorunun məcmu aktivləri 30 mlrd. manata yaxındır

Azərbaycan bank sektorunun məcmu aktivləri 30 mlrd. manata yaxındır MBNP: Bankların cəmi öhdəlikləri isə 27,2 mlrd. manatı ötüb
Maliyyə
5 May , 2017 10:03
Azərbaycan bank sektorunun məcmu aktivləri 30 mlrd. manata yaxındır

Bakı. 5 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın bank sektorunun bu ilin I rübü üzrə icmal göstəricilərini açıqlayıb.

“Report” xəbər verir ki, aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının cəmi aktivləri 29 980,1 mln. manat, o cümlədən cəmi öhdəlikləri 27 219,9 mln. manat, balans kapitalı isə 2 760,2 mln. manat təşkil edib.

Martın sonuna əhalinin banklarda 6 889,2 mln. manat əmanəti olub.

Hesabat dövrünə bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərinin sayı 2 471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-larin işçi heyəti 2 726 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi