Azərbaycan avro ilə sığorta ödənişlərinin azalmasında MDB-də liderliyə yüksəlib
- 08 sentyabr, 2022
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə MDB-nin avroda regional sığorta bazarı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 % azalaraq 5,99 milyard avroya enib.
“Report” xəbər verir ki, bu barədə qlobal təkrar sığorta bazarı üzrə ixtisaslaşmış bir neçə şirkəti özündə birləşdirən “XPRIMM” hesabatını açıqlayıb.
Məlumata görə, MDB bazarları arasında sığorta yığımlarında ən yüksək artım Qırğızıstanda (54,27 %), Ermənistan və Gürcüstanda, ən az artım isə Qazaxıstan bazarında qeydə alınıb. Belarus, Rusiya və Ukrayna kimi bazarlarda isə sığorta haqlarıında azalma qeydə alınıb.
Qeyd edək ki, regional portfelin 80 %-dən çoxunu təşkil edən Rusiya sığorta bazarının avroda azalması ümumilikdə regional bazar üçün mənfi nəticəyə gətirib çıxarıb.
Region üzrə sığorta ödənişləri isə dəyişməz qalaraq 2,48 milyard avro təşkil edib.
MDB regionunda avro ilə sığorta ödənişlərində ən çox artım Qırğızıstan bazarında (111 %-dən çox), ən çox azalma isə Azərbaycanda yaşanıb.