Azərbaycan ADB-yə sıx əməkdaşlıq üçün təşəkkür edib

Azərbaycan ADB-yə sıx əməkdaşlıq üçün təşəkkür edib Bakı. 7 may. REPORT.AZ/ “Asiya İnkişaf Bankı (ADB) Şahdəniz qaz yatağının genişləndirilməsinə 500 mln. ABŞ dolları kredit ayırıb, həmin layihəyə 498,3 mln. dollarlıq zəmanət verib.
Maliyyə
7 May , 2018 14:28
Azərbaycan ADB-yə sıx əməkdaşlıq üçün təşəkkür edib

Bakı. 7 may. REPORT.AZ/ “Asiya İnkişaf Bankı (ADB) "Şahdəniz" qaz yatağının genişləndirilməsinə 500 mln. ABŞ dolları kredit ayırıb, həmin layihəyə 498,3 mln. dollarlıq zəmanət verib". 

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bankın Filippinin paytaxtı Manilada keçirilənn 51-ci İllik Toplantısındakı çıxışında deyib.

O, qeyd edib ki, Azərbaycan Şimal-Cənub Dəmiryolu Dəhlizi üçün ən əhəmiyyətli tərəfdaşlardan biridir: “Başqa önəmli fakt ondan ibarətdir ki, ADB Dəmiryolu Sektorunun İnkişafı Proqramı çərçivəsində Azərbaycana 400 mln. dollar kredit ayırıb ki, bununla da Şimal-Cənub Dəmiryolu Dəhlizinin əsas hissəsi olan Sumqayıt-Yalama xətti yenidən qurulacaq”.

Bundan başqa, S.Şərifovun sözlərinə görə, rəsmi Bakı ADB ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı (CAREC) çərçivəsində də əməkdaşlıq edir. O, buna görə, Bankın prezidenti Takehiko Nakaoya təşəkkür edib. 

“İnanıram ki, ADB-2030 strategiyası Davamlı inkişaf Məqsədləri və qlobal ətraf mühit razılaşması çərçivəsində yeni dünyəvi imkanlara yol açacaq”, - deyə naziq qeyd edib. 

Son xəbərlər

Orphus sistemi