Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi müzakirə edib

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi müzakirə edib Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.
Maliyyə
23 Aprel , 2024 17:37
Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi müzakirə edib

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycanın bankçılıq missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlərimiz davam edir. ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşdük. Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi