Azərbaycanda 25 BOKT-un nizamnamə kapitalı 1 milyon manata çatmır
- 27 dekabr, 2024
- 12:31
Azərbaycanda fəaliyyət göstərən 57 bank olmayan kredit təşkilatından (BOKT) 25-nin nizamnamə kapitalı 1 milyon manatdan azdır.
"Report" xəbər verir ki, həmin BOKT-lar aşağıdakılardır.
| № | BOKT-un adı | BOKT-un nizamnamə kapitalı (milyon manat) |
| 1 | Merkuri | 0,823 |
| 2 | İDK | 0,722 |
| 3 | Viator Microcredit Azerbaijan | 0,693 |
| 4 | İdeal Credit | 0,646 |
| 5 | Finance Credit | 0,641 |
| 6 | Caucasus-Credit | 0,592 |
| 7 | Azinvestcredit | 0,507 |
| 8 | Regional | 0,500 |
| 9 | TCF | 0,450 |
| 10 | Azeri Star Microfinance | 0,405 |
| 11 | Aset Financial Technologies | 0,400 |
| 12 | Premier Credit | 0,400 |
| 13 | Finance İnvest | 0,371 |
| 14 | Executive Credit Agency | 0,324 |
| 15 | Azcredit | 0,300 |
| 16 | Azfinance | 0,300 |
| 17 | Azpul | 0,300 |
| 18 | E-Credit | 0,300 |
| 19 | Finance for Development | 0,300 |
| 20 | Fincapital | 0,300 |
| 21 | FNC | 0,300 |
| 22 | Kredex | 0,300 |
| 23 | MJ Financial Services | 0,300 |
| 24 | SF Azerbaijan | 0,300 |
| 25 | Eurasia-Credit | 0,001 |
Xatırladaq ki, ötən ay Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.