Azərbaycan “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” tədbirində iştirak edib

Azərbaycan “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” tədbirində iştirak edib Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İrlandiyanın paytaxtı Dublində “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” adlı tədbir keçirilib.
Maliyyə
1 İyun , 2023 16:44
Azərbaycan “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” tədbirində iştirak edib

Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İrlandiyanın paytaxtı Dublində “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” adlı tədbir keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə müasir texnologiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində son dövrlər müxtəlif ölkələrdə həyata keçirilən işlər, habelə maliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi üçün təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Rəqəmsal və fintek həllərinin dövlət ödənişlərində rolu” mövzusunda panel müzakirələrində iştirak edərək, ölkəmizdə “Ani ödəniş sistemi”nin dövlət xəzinədarlığında tətbiqi, eləcə də dövlət rüsumlarının qaytarılması sahəsində yaradılan avtomatlaşdırılmış sistem haqqında təqdimatla çıxış edib.

Son xəbərlər

Orphus sistemi