“Azəraqrartikinti”nin xalis mənfəəti 2 dəfədən çox artıb
- 20 may, 2023
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azəraqrartikinti" ASC 2022-ci ili 6,088 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,35 dəfə çoxdur.
Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 7,611 milyon manat (əvvəlki ilə nisbətən 2,35 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,522 milyon manat (2,35 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 52,233 milyon manat olub ki, bu da illik müqayisədə 19,35 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 50,3 % azalaraq 17,128 milyon manata düşüb, balans kapitalı isə 15,8 % artaraq 35,105 milyon manata çatıb.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub.