“Azər-Türk Bank” səhmdarlarına divident ödəyib
- 14 avqust, 2017
- 06:43
Bakı. 14 avqust. REPORT.AZ/ “Azər-Türk Bank” ASC 2016-cı ildə əldə etdiyi mənfəəti səhmdarlarına divident kimi ödəyib.
Bu barədə “Report” bankın idarəetmə hesabatına istinadən xəbər verir.
Hesabatda deyilir ki, divident ödənilməsi barədə qərar bankın səhmdarlarının bu il iyunun 19-da keçirilmiş ümumi yığıncağında qəbul edilib. Ödəniş iyulda həyata keçirilib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.