“Azər-Türk Bank” səhmdarlarına dividend ödəyəcək

Maliyyə
  • 25 may, 2022
  • 05:57
“Azər-Türk Bank” səhmdarlarına dividend ödəyəcək

İyunun 28-də, saat 10:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə "Azər-Türk Bank"ın 2021-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend verilməsi, Bankın idarəetmə orqanlarının tərkibinin formalaşdırılması, nizamnaməsinə dəyişikliklər edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti