“Azər-Türk Bank” ötən il dividend üzrə proqnozu yerinə yetirə bilməyib

“Azər-Türk Bank” ötən il dividend üzrə proqnozu yerinə yetirə bilməyib ​​​​​​​2020-ci ildə Azərbaycanda səhmlərində dövlət payı olan müəssisələrinə alınan dividendlər üzrə dövlət büdcəsinə 1,2 milyon manat vəsait daxil olub
Maliyyə
24 May , 2021 11:07
“Azər-Türk Bank” ötən il dividend üzrə proqnozu yerinə yetirə bilməyib

2020-ci ildə Azərbaycanda səhmlərində dövlət payı olan müəssisələrinə alınan dividendlər üzrə dövlət büdcəsinə 2,8 milyon manat proqnoza qarşı 1,2 milyon manat və yaxud 1,6 milyon manat az vəsait daxil olub.

“Report” xəbər verir ki, bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, proqnozun yerinə yetirilməməsi səhmlərinin 75 %-i Maliyyə Nazirliyinə məxsus olan “Azər-Türk bank” ASC üzrə nəzərdə tutulmuş 1,5 milyon manat dividend proqnozunun icra olunmamasıdır. Bu isə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bankın kredit portfelinin keyfiyyətinin pisləşməsi, nəzərdə tutulduğu qədər mənfəət əldə edə bilməməsi, əvvəlki ilin mənfəətinin xüsusi ehtiyatların yaradılmasına yönəltməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi