“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2025
  • 09:15
“Azər-Türk Bank maliyyə vəziyyətini açıqlayıb

“Azər-Türk Bank” ASC 2024-cü ili 21,308 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 51,8 % çoxdur.

Ötən il “Azər-Türk Bank”ın gəlirləri 146,465 milyon manat (illik müqayisədə 58,2 % çox), xərcləri 114,346 milyon manat (65,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,018 milyon manat (7,2 % az), mənfəət vergisi ödəmələri isə 5,793 milyon manat (50,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 2 milyard 84,327 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur. Bunun 788,371 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 80,4 % böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 2,2 dəfə artaraq 1 milyard 977,557 milyon manata, o cümlədən depozit portfeli 3 dəfə artaraq 1 milyard 459,966 milyon manata, balans kapitalı isə 26,3 % artaraq 106,77 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti