“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 12 yanvar, 2024
  • 11:44
“Azər-Türk Bank maliyyə vəziyyətini açıqlayıb

“Azər-Türk Bank” ASC 2023-cü ili 14,041 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 27,4 % çoxdur.

Ötən il “Azər-Türk Bank”ın gəlirləri 92,563 milyon manat (əvvəlki illə müqayisədə 33,8 % çox), xərcləri 69,275 milyon manat (36,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,408 milyon manat (30,6 % çox), mənfəət vergisi ödəmələri isə 3,839 milyon manat (11,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 995,536 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Bunun 437,06 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 38,3 % böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 1,7 % artaraq 911,032 milyon manata, o cümlədən depozit portfeli 25,9 % artaraq 484,586 milyon manata, balans kapitalı isə 22,2 % artaraq 84,504 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

44 filmi